7dbefba0-8413-46e2-b887-a7ca5c20be05..jpg

Doğuş Xoşqədəmlə evli ola-ola başqa qadınla dini nikaha girib – VİDEO

Baxış sayı: 501 dəfə baxılıb.

Doğuş Xoşqədəmlə evli ola-ola başqa qadınla dini nikaha girib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “SHOW TV” kanalında yayımlanan “Vaz Keçmə” adlı proqramda şok iddia
səslənib.

Lent.az-ın xəbərinə görə, proqrama qatılan Esra adlı xanım 2020-ci ildə
müğənni Doğuşla dini nikah kəsdirdiyini, Doğuşun menecerinin buna şahid
olduğunu deyib.

Onun iddiasına görə, Doğuş, arvadı Xoşqədəm uşaqları onun əlindən ala bilər
deyə, bu münasibətlərdən həmin qadının xəbər tutmasından çox ehtiyat edirmiş.

Esranın sözlərinə görə, Doğuş dəfələrlə ona xanımı Xoşqədəm Hidayətqızının
hikkəli xarakterli olmasından bəhs edib və o qadından çəkindiyini deyib.

Esra Doğuşun ona hədiyyə etdiyi 70 min lirəlik alışqanı yeni sevgilisini
susdurmaq üçün satdığını da dilə gətirib. Çünki sevgilisi onun Doğuşla
münasibətlərini mediaya yayacağı ilə şantaj edibmiş.

Esranın iddiasına görə, Doğuş arvadından boşanacağını və onunla evlənəcəyini
vəd edibmiş.

Qeyd edək ki, müğənni Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə
evlidir.


Source link