0e7780ca-4b93-4abc-b93a-4cd84d9fcf08..jpg

“Doha Ekspo 2023”də Azərbaycan pavilyonu işə başladı – FOTO

Baxış sayı: 483 dəfə baxılıb.

“Doha Ekspo 2023”də Azərbaycan pavilyonu işə başladı – FOTO

Heydər Əliyev Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə
təşkilatçılığı ilə “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində
(International Horticultural Expo 2023 Doha) yaradılan Azərbaycan pavilyonu bu
gündən fəaliyyətə başlayıb.

Cixisyolu.com xəbər verir ki, oktyabrın 2-dən 2024-cü il martın 28-dək fəaliyyət
göstərəcək “Doha Ekspo 2023” “Yaşıl səhra, daha yaxşı ətraf mühit” (“Green
Desert, Better Environment”) mövzusunda təşkil edilib.

Milli pavilyonumuzda “Doha Ekspo”nun ümumi mövzusuna uyğun Azərbaycan
florasının zənginliyi göstərilir və iqlim zonalarına uyğun olaraq bitkilərdən
kompozisiyalar yaradılıb. Burada Qarabağ florasının tacı olan Xarıbülbül
gülünün gözəlliyi də ziyarətçilərə çatdırılır.

Pavilyonda, həmçinin Azərbaycan mədəniyyətinə dair eksponat və məlumatlar yer
alıb. Burada xalçaçılıq, misgərlik, şəbəkə kimi xalq sənətkarlığı, milli
geyimlər, eləcə də muğam triosu nümayiş olunur.

Sərgidə 70-dən çox ölkə və 20-yə yaxın beynəlxalq təşkilat təmsil olunur.
Ziyarətçilər sərgi çərçivəsində müasir kənd təsərrüfatı, texnologiya və
innovasiyalar, ekoloji maarifləndirmə və davamlılıq mövzuları ilə tanış ola
biləcəklər.

1,7 milyon kvadratmetr ərazisi olan tədbir məkanı Dohanın ən böyük
parklarından biri olan Al Bidda parkında keçirilir. Burada ərazi 3 zonaya
bölünüb: pavilyonların təqdim edildiyi Beynəlxalq Zona, əyləncəli tədbirlərin
keçiriləcəyi Ailəvi Zona və müxtəlif debatların, konfrans və sərgilərin təşkil
olunacağı Mədəniyyət Zonası.

Source link