eb699d46-df69-45c7-b6b4-4ed9950d4603.jpg

Dohada Azərbaycan və Qətər iş adamlarının iştirakı ilə dəyirmi masa keçirilib

Baxış sayı: 221 dəfə baxılıb.

60-dan çox biznes subyektinin qatıldığı Azərbaycan-Qətər Dəyirmi Masasında
biznes sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Cixisyolu.com xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, Qətərin paytaxtı Doha şəhərində Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı,
“Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA)
dəstəyi, Azərbaycan və Qətər iş adamlarının iştirakı ilə Dəyirmi Masa təşkil
olunub.

Tədbirdə Azərbaycan və Qətərin sənaye, turizm, xidmət, İKT və s. sektorlarında
fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib.

Dəyirmi masada çıxış edən Qətər Ticarət və Sənaye Palatasının sədr müavini
Rəşid bin Hamad Əl-Əthba, Azərbaycan Respublikasının Qətər dövlətində fövqəladə
və səlahiyyətli səfiri Mahir Əliyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan
Məmmədov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, sahibkarlıq sahəsində
əməkdaşlıq, işgüzar əlaqələrin genişləndirilməsi imkanları, iş adamlarının
iştirakı ilə birgə təşəbbüslərin reallaşdırılması perspektivləri barədə
fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Azərbaycan və Qətər iş adamları arasında B2B görüşlər
keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.

Source link