Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə danışıq bloku
imtahanı keçirilib – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dekabrın 17-də Dövlət İmtahan Mərkəzi tərəfindən dillər üzrə ümum-Avropa
çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq doktoranturada təhsil alan və
ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru
imtahanının danışıq bloku imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, imtahan ingilis, alman, fransız
dili üzrə şifahi formada – kompüter proqramı vasitəsilə keçirilib. İmtahanda
386 nəfər iştirak edib.
Qeyd edək ki, imtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və
suallara cavab vermək üçün ümumilikdə 20 dəqiqə vaxt ayrılır. İştirakçılar
birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal
olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər. İmtahan nəticələrinin yaxın 2
həftə ərzində elan olunması nəzərdə tutulur.
Danışıq bloku üzrə minimum 2 bal toplamayan şəxslər ilk 4 blok üzrə lazımi
nəticə göstərsələr belə, müvafiq şəhadətnamə ilə təmin olunmurlar.
09:03
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün doktorantura və dissertantura səviyyəsində
xarici dil fənnindən danışıq bloku üzrə imtahan keçirir.
Bu barədə Cixisyolu.com-a DİM-dən bildirilib.
Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə
həyata keçiriləcək. İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən
sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında
uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq.