Dollar və neftin qiyməti ilə bağlı proqnozlar dəyişdi - AÇIQLAMA

Dollar və neftin qiyməti ilə bağlı proqnozlar dəyişdi – AÇIQLAMA

Baxış sayı: 2. 478 dəfə baxılıb.

Federal Ehtiyat Sisteminin (FES) açıq bazarda əməliyyatlar üzrə federal komitəsinin (FOMC) iki gün davam edən toplantısında faiz nisbətini artırmaması dolların bazardakı mövqeyini dəyişmədi.

ÇıxışYolu.Com-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, son günlər ABŞ dolları dünya bazarında aparıcı valyutalara, o cümlədən avroya nisbətən möhkəmlənməkdədir: 

“Bir müddət öncə 1 avro almaq üçün 1.24 ABŞ pulu ödəmək lazım idisə, indi Avropanın vahid valyutasının məzənnəsi 1.20-dən də aşağı düşüb. ABŞ-da elan edilən iqtisadi göstəricilər fonunda Federal Ehtiyatlar Sisteminin uçot stavkası ilə bağlı əvvəlki artım qərarları və eləcə də, Avropa Mərkəz Bankının uçot stavkasını dəyişməz saxlaması, sentyabradək aylıq 30 milyard avroluq qiymətli kağızlar alması (Quantitative easing-QE) prosesinin davam etməsi qlobal valyuta bazarına təsirsiz ötüşmür.

Qeyd edək ki, Avropa Mərkəzi Bankı pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də, marginal borcvermə faizini isə 0.25%-də saxlayıb.

Brüsseldən və Vaşinqtondan yeni xüsusi bəyanatlar gəlməyəcəyi halda qlobal bazarda yaxın günlərdə stabilləşmə əldə ediləcəyi gözlənir”.

Ekspertin sözlərinə görə, dolların möhkəmlənməsi neftin dünya bazar qiymətinə də təsirsiz ötüşmür: 

“Hələlik neftin qiymətində kəskn azalmalar müşahidə edilməsə də, “qara qızılın” mövqeyi müəyyən qədər yumşalıb. Bununla belə, dolların möhkəm kursunu qoruyub saxlayacağı və Yaxın Şərqdə siyasi stabilliyin əldə ediləcəyi halda, neftin qiymətlərində azalmaların olacağı gözlənilir.

Qlobal bazardakı mövcud tələb və təklif tarazlığı fonunda neftin qiymətinin yenidən azalması ehtimalı yüksəkdir. Neftin qiymətini hələlik daha çox siyasi səbəblər və xüsusən, Suriya və İran ətrafında baş verənlər yüksək saxlayır”.

.
www.ÇıxışYolu.Com