59a59074-3f05-4210-97a4-9576fae8899f..jpg

Dollara tələbin artması manat üçün risklər yaradırmı? – FOTO

Baxış sayı: 1. 031 dəfə baxılıb.

Dollara tələbin artması manat üçün risklər yaradırmı? – FOTO

Mərkəzi Bankın bu gün təşkil ediyi hərracda xarici valyuta tələbi 96,3 milyon
dollar olub.

Bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov özünün “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, əvvəlki hərracda sifarişin 47,9 milyon dollar olduğunu
nəzərə alsaq, dollara tələbin 2 dəfədən çox artdığını görürük:

“Tələbin artmasının əsas səbəbi qeyri-iş günlərinə görə təxminən son 2 həftədə
valyuta hərracların keçirilməməsidir. Biznesin dollara bəlli tələbi var və
bayram günləri banklar çalışmadığı üçün bugünkü hərracda artan sifarişlərə
əsasən məbləğ formalaşdı. Nəticədə, dollara tələbin hiss edilən səviyyədə
yüksəlməsi qeydə alındı.

Müqayisə üçün qeyd edək ki, oxşar tendensiya 2022-ci ilin Novruz bayramından
sonra da müşahidə olunmuşdu. Belə ki, 2022-ci il 29 mart hərracında dollara
tələb 105 milyon dollar olsa da, sonrakı hərracda sifariş həcmi 72.2 milyon
dollara, daha sonra 68.0 milyon dollaradək azaldı”.

Millət vəkili qeyd edib ki, növbəti hərraclarda mərhələli şəkildə sifariş
həcminin azalacağı gözlənilir:

“Amma təbii ki, bu, birbaşa hərracların hansı dövrülükdə keçirilməsindən asılı
olacaq. Dollara hərracda tələbin optimallaşdırılması üçün Mərkəzi Bank
tərəfindən yaxın günlərdə yenidən hərracın təşkil edilməsi vacibdir.

2022-ci ildə Azərbaycanın idxalı 14 milyard 539 milyon dollar olub. 2021-ci
ildə idxal 11 milyard 705 milyon dollar, 2020-ci ildə isə 10 milyard 732 milyon
dollar idi. Göründüyü illər üzrə idxalda hiss edilən artım var. Bunun bir
hissəsi dövlət sifarişləri olsa da, biznesin də payı az deyil. Təbii ki, idxal
inflyasiyasi da digər indikatordur. İdxal artdıqca dollara tələb də artır.
Doğrudur, ixracatda da artım yüksəkdir. Bununla yanaşı, nəzərə almaq lazımdır
ki, ixrac qazancımızın əhəmiyyətli hissəsi enerji gəlirləri olaraq valyuta
ehtiyatlarımızı artır. Bütövlükdə, idxal həcmi və xarici səfərlərin
intensivliyini nəzərə aldıqda yaz aylarında dollara tələbin kəskin azalacağı
gözlənilmir”.

Source link