86b08e2a-2c92-4747-bdec-464624887a43..jpg

“Dolu”nun Qarabağa qaytardığı ruh: Torpaq davası edirik, arvad davası yox – VİDEO

Baxış sayı: 693 dəfə baxılıb.

“Dolu”nun Qarabağa qaytardığı ruh: Torpaq davası edirik, arvad davası yox –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dolu” filmi Qarabağ savaşına və bu savaşda son damla qanınadək vuruşanlara
həsr olunub. Rejissor Elxan Cəfərov filmi Aqil Abbasın “Dolu” romanının
motivləri əsasında çəkib.

“Dolu” filmində hadisələr 1991-ci ilin yayında baş verir. Həmin illərdə yenicə
müstəqil olmuş Azərbaycanın vahid nizamlı ordusu yox idi. Filmdə bu məsələ
xüsusi qabardılır.

Filmin əsas qəhrəmanlarından olan Drakon və Pələng Vətən uğrunda hər an
canından keçməyə hazır olan döyüşkən Azərbaycan əsgərinin ümumiləşdirilmiş
obrazı olsa da, Drakonu daha çox Allahverdi Bağırovun prototipi hesab edirlər.

Filmdə əsas mənfi qəhrəman İnterpol tərəfindən axtarışda olan erməni terrorist
Levondur. O, öz əsgərlərinə azərbaycanlıların birini də sağ buraxmamağı
tapşırır.

Əsgərlərdən biri Levonun yerini öyrənmək üçün erməni qadını əsir götürür.
Lakin Drakonun “biz torpaq davası edirik, arvad davası yox” sözündən sonra
qadını buraxırlar.

Filmin çəkilişləri zamanı real hərbi qüvvələrdən və sursatlardan istifadə
olunub.

Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında:


Source link