9b216393-75b0-49f8-8f62-1f964326c9da..jpg

Domeniko Tedesko: “Azərbaycan çox ciddi rəqibdir”

Baxış sayı: 449 dəfə baxılıb.

Domeniko Tedesko: “Azərbaycan çox ciddi rəqibdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan çox ciddi rəqibdir”.

“Report” xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko
Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə
bağlı mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis heyətdə bəzi dəyişikliklər olacağını gizlətməyib:

“Start heyəti barədə heç nə deməyəcəyəm, amma bəzi dəyişikliklər olacaq. Onu
deyə bilərəm ki, yenilik istəyirik. Yeri gəlmişkən, Azərbaycan İsveç kimi güclü
komandanı 3:0 hesabı ilə məğlub etdi. Unutmayaq ki, Bakıda da çətin anlar
yaşamışdıq”.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda
keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Meydan sahibləri F qrupunda 17 xalla ikincidirlər. Komandamız isə 7 xalla 4-cü
sırada qərarlaşıb.

Source link