ac3c9f53-2b61-4f72-98ee-22c44f3b67da..jpg

Dominant futbol oynayan “Qarabağ”: Ağdam klubu ümumi sıralamada 39-cudur

Baxış sayı: 493 dəfə baxılıb.

Dominant futbol oynayan “Qarabağ”: Ağdam klubu ümumi sıralamada 39-cudur

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın 69 liqasında
rəqiblərinə qarşı ən dominant oyun göstərən komandaların adlarını açıqlayıb.

Reytinq dörd oyun elementi əsasında rəqiblərə qarşı orta performans nisbəti
əsasında qurulub. Bunlar qapıya zərbə, rəqibin cərimə meydanı həndəvərindən
zərbə, dəqiq ötürmə və meydanın rəqibə aid hissəsindəki dəqiq ötürmələrdir.

Azərbaycan klublarından ən yaxşı göstərici “Qarabağ”dadır. Qurban Qurbanovun
komandası Azərbaycan Premyer Liqasında bu mövsüm 1,88 əmsala malikdir. Ağdam
təmsilçisi sözügedən göstəricilərdə dünyanın ən yaxşı 39-cu komandasıdır.

Azərbaycan çempionatında ikinci yerdə “Sabah” (1,47 əmsal), üçüncü pillədə
“Neftçi”dir (1,26 əmsal).

Siyahıya Bolqarıstanın “Levski” klubu başçılıq edir. Sofiya təmsilçisinin
reytinqi 3,31-dir.

Mənbə: football-observatory.com

Source link