bfe6ac17-459e-44a0-9163-f1e70da2294b..jpg

Donald Tramp: “İsrailin seçimi yoxdur”

Baxış sayı: 459 dəfə baxılıb.

Donald Tramp: “İsrailin seçimi yoxdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hesab edir ki, İsrail Fələstinin
radikal HƏMAS hərəkatını bütünlüklə məhv etməlidir.

Bu barədə Ağ Evin keçmiş rəhbəri yerli radioya müsahibəsində bildirib.

“Bəli, HƏMAS-dan yaxa qurtarmaq lazımdır. Onlar (İsrail) bunu etməlidirlər.
Onların seçimi yoxdur. İnsanlar artıq 7 oktyabrı unudublar”, – deyə o
vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl İsrail kəşfiyyat xidmətlərinin Qəzza zolağında
hərbi kampaniya başa çatdıqdan sonra Fələstinin radikal HƏMAS hərəkatının
liderlərini bütün dünyada təqib etməyə və öldürməyə hazırlaşdığı barədə mediada
məlumat yayılmışdı.

Mənbə: TASS

Source link