Dağlıq Qarabağ münaqişəsi üzrə hazırkı status-kvo uzun müddət davam edə bilməz.
Aysor.am-ın məlumatına görə, bu fikirləri Avropa İttifaqı Şurasının sədri Donald Tusk Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Müzakirə prosesi və iki tərəfin əlaqələri ümid verir. Əminik ki, hazırkı status-kvo uzun müddət davam edə bilməz. Beynəlxalq hüquq normalarına uyğun siyasi həll tapmaq lazımdır”, – o bildirib.