8d06c157-e0fd-4024-9403-3968e4045aff..jpg

Donetsk hərbi administrasiyasının rəhbəri bölgədə ölən dinc sakinlərin sayını AÇIQLADI

Baxış sayı: 670 dəfə baxılıb.

Donetsk hərbi administrasiyasının rəhbəri bölgədə ölən dinc sakinlərin sayını
AÇIQLADI

Mariupol və Volnovaxa şəhərləri istisna olmaqla, Ukraynanın Donetsk
vilayətində indiyədək 1 436 dinc sakin həlak olub, 3 434 nəfər yaralanıb.

Bunu “Report”a açıqlamasında Ukraynanın Donetsk vilayəti hərbi
administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib

“Baxmut, Avdeyevka və Uqledar ən qaynar nöqtələr olaraq qalmaqda davam edir.
Ən qanlı döyüşlər bu istiqamətlərdə gedir. Baxmut təkcə Rusiyanın qarşısının
alınmasında deyil, həm də Rusiya muzdlularının və hərbçilərinin məhv
edilməsində ən mühüm nöqtədir. Bu şəhər ayaqdadır və döyüşməkdə davam edir.
Mariupol və Volnovaxa istisna olmaqla, Donetsk vilayətində indiyədək 1 436
mülki şəxs həlak olub, 3 434 şəxs yaralanıb. Qeyd olunan 2 şəhərdə ölənlərin
sayı və Rusiya tərəfinin törətdiyi cinayətləri biz yalnız həmin ərazilər
işğaldan azad edildikdən sonra müəyyən edə bilərik”, – o qeyd edib.

Onun sözlərinə görə, şiddətli döyüşlərin getdiyi Baxmut şəhərinə giriş,
həmçinin təxliyə işləri dayandırılıb:

“Rusiyanın planlarının həyata keçirilməsinin qarşısını alan Baxmutda amansız
döyüşlərin getməsi səbəbindən hazırda bu şəhərə giriş və oradan təxliyə işləri
dayandırılıb. Şəhər, demək olar ki, tamamilə məhv edilib, onun müəyyən
məhəllələrində və ətrafında aktiv döyüşlər gedir. Əlçatan olan cəbhə xəttində
humanitar fəaliyyət davam etdirilir. Humanitar yardımın, ərzaq məhsullarının və
gigiyena vasitələrinin çatdırılması ştat rejimində gerçəkləşdirilir. Bu
fəaliyyət yüksək səviyyədə həyata keçirilir. Cəbhə xəttindən uzaq şəhərlərə
gəlincə, bu da şərti məsələdir, çünki cəbhədən 20 km uzaqlıqda yerləşən şəhər
artıq cəbhə xəttindən uzaq məntəqə hesab olunur”.

Hərbi administrasiyanın rəhbəri vurğulayıb ki, həmin şəhərlərdə salamat qalmış
obyektlərin fəaliyyəti davam etdirilir:

“Yerlərdə hərbi administrasiyalar fəaliyyət göstərir. Onlar yerlərdə qanunla
müəyyən edilmiş səlahiyyətlərini icra edirlər”.

Source link