6f81ad49-d48e-4e3a-aa98-aee34f87ff07.webp

Doqquz il əvvəl qətl törədərək meyiti kanala atan şəxslə bağlı QƏRAR VERİLDİ

Baxış sayı: 218 dəfə baxılıb.

Ağcabədidə 9 il əvvəl qətl törətməkdə ittiham olunaraq 19 il müddətinə
azadlıqdan məhrum olunan Xəyyam Salahov yenidən məhkəməyə müraciət edib.

APA xəbər verir ki, məhkum apellyasiya məhkəməsinə müraciət edərək barəsində
olan hökmün dəyişdirilməsini istəyib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub, şikayət təmin olunmayıb, hökm qüvvədə
saxlanılıb.

Qeyd edək ki, hadisə 2015-ci ilin oktyabr ayında Ağcabədi rayonunda baş verib.

İttihama görə, 1979-cu il təvəllüdlü Xəyyam Salahov və 1987-ci il təvəllüdlü
Namiq Məmmədov 1956-cı il təvəllüdlü, xarici valyutanın alqı-satqısı ilə məşğul
olan Valeh İsmayılovu yaşadığı Ağcabədi şəhərində boğaraq öldürüb, üzərində
olan külli miqdarda pulu götürüb, meyitini su kanalına atıblar. Qətlin üstü
xeyli sonra açılıb. V.İsmayılovun meyiti Qarabağ kanalının İmişli rayonu
ərazisindən keçən hissəsində tapılıb.

Qətli törətməkdə şübhəli bilinən Salahov Xəyyam Abdulla oğlu və Məmmədov Namiq
Qurban oğlu 2016-cı ilin fevral ayında saxlanılıblar. Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin hökmü ilə Xəyyam Salahov və Namiq Məmmədovun hər biri 19 il
müddətinə azadlıqdan məhrum ediliblər. Digər məhkəmə instansiyaları hökmü
qüvvədə saxlayıb.

Source link