21a28b16-0b99-4dd9-aee5-5000da8e6c45..jpg

Doqquz milyon manatı mənimsəməkdə ittiham olunan MN-in Xidmət rəisinin məhkəməsi başlayır

Baxış sayı: 642 dəfə baxılıb.

Doqquz milyon manatı mənimsəməkdə ittiham olunan MN-in Xidmət rəisinin
məhkəməsi başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris
Mərkəzinin Maliyyə Xidməti rəisi, polkovnik Rəşad Məlikzadənin cinayət işi üzrə
ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs Rəşad Məlikzadə barəsində toplanan
cinayət işi materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rafiq Abbasovun icraatına verilib.

Qeyd edək ki, Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbiri seçilməsi ilə
bağlı istintaq orqanı tərəfindən vəsatət Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məhkəmə vəsatəti təmin edib və polkovnik barəsində dörd aylıq həbs qətimkan
tədbiri seçilib.

Rəşad Məlikzadə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara
mənimsəmə) maddəsi ilə ittiham olunur.

R.Məlikzadə doqquz milyon manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham
olunur.

Source link