ABŞ-ın Arkanzas ştatında yaşayan 23 yaşlı Kastiti Patterson dörd il əvvəl atasını itirib.
O tarixdən etibarən yas saxlayan gənc qız atası ilə arasındakı bağın qopmaması üçün hər gün onun köhnə nömrəsinə mesaj yazmağa başlayıb.
Patterson atasının ölümünün dördüncü ildönümündən bir gün əvvəl hər zamankı kimi mesaj yazıb: “Sabah mənimçün çox çətin gün olacaq”.
Ancaq bu dəfə proses fərqli olub və o mesajına cavab alıb. Belə ki, atasının nömrəsini işlətməyə başlayan Brad adlı adam ona qızını qəzada itirdiyini söyləyərək duyğusal mesaj göndərib.
O, Pattersona mesajları sayəsində ayaqda qaldığını və bu illər ərzində səbsizliklə hər səhər “Günaydın” mesajını gözlədiyini, bu təsadüfün Allaha inamını artırdığını deyib və təşəkkür edib.
Başına gələnləri sosial mediada paylaşan qız trend olub. Patterson paylaşımına “artıq atamın dincəlməyinə imkan verməliyəm ” deyə başlıq yazıb.