c96e5214-c0c9-48b6-ac9b-3f242474f395..jpg

Dörd milyarddan çox vəsait necə xərclənəcək? – FOTO

Baxış sayı: 559 dəfə baxılıb.

Dörd milyarddan çox vəsait necə xərclənəcək? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cəmiyyətdə Hesablama Palatasının gördüyü işlər və imicinin dəyərləndirilməsi
istiqamətində işlər aparılmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Dünyada əsasən iki qurumdan çəkinirlər: Dövlət Vergi Xidməti (DVX) və
Hesablama Palatası (HP). Bizim cəmiyyətdə DVX-dən çəkinirlər, amma HP ilə bağlı
vəziyyət bir az fərqlidir.

Bundan əlavə biz işğaldan azad olunmuş ərazilərə 12 milyard manatdan çox
vəsait yatırmışıq. Bu il isə büdcədən 4 milyard manatdan çox vəsait
xərclənəcək. Bir müddətdən sonra bu aktual olacaq ki, həmin vəsaitdən istifadə
səmərəliliyi nə dərəcədədir? Hesablama Palatası öz fəaliyyətində prioritet kimi
bu vəsaitlərdən səmərəli istifadənin artırılmasını gücləndirsə, yaxşı olar”, –
deyə deputat vurğulayıb.

Source link