Dörd nəfərə 125 min manat “atan” qadın məhkəmə qarşısında

Dörd nəfərə 125 min manat “atan” qadın məhkəmə qarşısında

Baxış sayı: 5. 577 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Valeriya Panfilovanın CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, ittiham aktına əsasən, Valeriya Panfilova etibardan sui-istifadə edərək vətəndaş Nadir Ələkbərova, Nəriman Camalova, Diana Pavlova və Oksana Bojenoka qarşı dələduzluq edib. 

Onun əməlləri nəticəsində zərərçəkmiş şəxlərə ümumilikdə 125.500 manat məbləğində maddi ziyan vurulub. 

Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən qadına 6 il cəza təyin edilməsini xahiş edib. Daha sonra çıxış edən vəkil, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

Təqsirləndirilən V.Panfilova son söz söyləmək üçün hazır olmadığını bildirib.

Növbəti proses ayın 20-nə təyin olunub. 

www.ÇıxışYolu.Com