Dörd yaşlı İbrahim Abbasov
ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Cixisyolu.com-a onun anası Əfsanə Abbasova məlumat verib.
Bildirib ki, övladının qarın boşluğunda bədxassəli şiş var və əməliyyatla
götürülməlidir:
“Bunun üçün İbrahim əvvəlcə 6 kurs kimyaterapiya almalıdır. Onun 5-ni artıq
qəbul edib. Bizə İbrahimin əməliyyatı üçün 30 min dollar lazım idi. Onun 15 min
dollarını toplasaq da, qalan məbləği yığa bilmirik. Xalqımdan xahiş edirəm
balamı ölümə tərk etməsinlər. Bizə bu ağır günlərimizdə dəstək olsunlar”.
Kapital bank: 5239151713435306
tərk etməyin”
Dörd yaşlı İbrahimin anası: “Yalvarıram balamı ölümə tərk etməyin”