6f6994f7-9d28-4114-80cb-fae49c513e42..jpg

Dörd yaşlı uşağın ermənilərdən möcüzəvi xilası – VİDEO

Baxış sayı: 904 dəfə baxılıb.

Dörd yaşlı uşağın ermənilərdən möcüzəvi xilası – VİDEO

“İrəvan bizim üçün müqəddəs məna daşıyıb. Atam da, mən də Şəmkirdə doğulmuşuq.
Amma bizə bütün həyatımız boyu irəvanlı olduğumuz deyilib”.

Bunu Baku TV-də yayımlanan “Qərbi Azərbaycan xronikası” verilişində

Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar deyib.

İcma sözçüsü babasının 1918-ci ildə deportasiya edilməsindən və həmin vaxt
onun ailə üzvlərinin itkin düşməsindən danışıb:

“Gecə bacısı babamı oyadıb ki, qaçmalıyıq. Babamın atası və dörd qardaşı
ermənilərlə vuruşmaq üçün kənddə qalıb. Bu günə qədər onlar haqqında xəbər
yoxdur”.

Ü.Zülfüqar babasının möcüzə nəticəsində xilas olmasından da bəhs edib:

“Babamın bacısı onu kənddən çıxara bilir. Vaqona minəndə soruşublar ki,
yanınızda oğlan uşağı var? O da babamı öz ətəyinin altında gizlədib. Cəsarətlə
də cavab verib ki, sən burada oğlan uşağı görürsən?!”.

Daha ətraflı süjetdə:


Source link