c04427e5-81f6-40d0-a8b3-952937bab742..jpg

Dörd yaşlı uşağın ölümünə səbəb olan futbolçu həbs edildi

Baxış sayı: 1. 102 dəfə baxılıb.

Dörd yaşlı uşağın ölümünə səbəb olan futbolçu həbs edildi

Niderlandlı hücumçu Ray Vlut 2,5 illik həbs cəzasına məhkum edilib.

Buna onun sərxoş halda avtomobil idarə edərək qəza törətməsi səbəb olub.

Hadisə 2021-ci ildə baş verib. 27 yaşlı hücumçunun 193 km/saat sürətlə idarə
etdiyi maşın digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə digər avtomobildə
olan dörd yaşlı uşaq həlak olub.

Prokuror Rusiyanın “Ural” klubunda çıxış edən forvard üçün 3,5 il həbs cəzası
istəyib. Ancaq futbolçuya 2,5 il cəza verilib.

Mənbə: nu.nl

Source link