Döş xərçənginin qarşısını almaq mümkün olacaq

Baxış sayı: 1. 946 dəfə baxılıb.

Döş xərçənginin qarşısını almaq mümkün olacaq

Kanadanın Toronto şəhərindəki Şahzadə Marqaretin Xərçəngin Araşdırılması Mərkəzinin alimləri müəyyən ediblər ki, epigenetik tənzimləmələrdə iştirak edən xüsusi zülallar süd vəzisində kök hüceyrələrinin bölünməsində iştirak edir. 

ÇıxışYolu.Com “MedicalXpress”ə istinadla xəbər verir ki, bu proses cinsi hormon progesteronun varlığından asılıdır. 

Mütəxəssislər iddia edir ki, zülalların qarşını alan preparatlar qadınlarda döş xərçənginin qarşısını almaqda yardımçı olacaq. 

Alimlər bunu araşdırmaq üçün siçanların süd vəzilərindən hüceyrələr götürərək, onlar üzərində təhqiqatlar aparıb və onların progesterona qarşı reaksiyasını müəyyən ediblər.

www.ÇıxışYolu.Com