2e915e98-c5ea-4883-b9db-5e15e7982d8f..jpg

DOST hesabat verdi – VİDEO

Baxış sayı: 469 dəfə baxılıb.

DOST hesabat verdi – VİDEO

Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin beş yaşı tamam olur.

Bununla bağlı mətbuat konfransı keçirilib.

Mərasimdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar
Əliyev bildirib ki, dövlət başçısının tapşırıqları əsasında son beş ildə dörd
sosial islahat paketi icra olunub:

“Dörd milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar paketi üzrə
əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb. DOST mərkəzlərində
indiyədək 1 milyon 673 min nəfərə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən
məmnunluq dərəcəsi 98,2 faiz təşkil edir. Azərbaycanda 2025-ci ilədək DOST
mərkəzlərinin sayının 17-yə, DOST filiallarının sayının isə 55-ə çatdırılması
nəzərdə tutulur”.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov isə bildirib ki,
gündəlik xidmət göstərdikləri vətəndaşların sayı isə üç mindən çoxdur:

“DOST konsepsiyasının ideyası Birinci vitse-prezident Mehriban Əliyevanın
təşəbbüsüdür. Bu konsepsiya Azərbaycanda son illər aparılan sosial islahatların
mühüm nailiyyətlərindən biridir.

Vətəndaşa yeddi dəqiqə ərzində xidmət göstərilir və bu istiqamətdə beynəlxalq
standartları üstələyirik. Əgər 2021-ci ildə 410 min vətəndaşa xidmət
göstərmişiksə, bu ilin yeddi ayında bu rəqəm 404 minə yaxındır. Bu da göstərir
ki, bu ilin nəticələri əvvəlki illərlə müqayisədə çox olacaq”.

O əlavə edib ki, Şuşa şəhərində xüsusi statuslu DOST mərkəz filialı
yaradılacaq.

Qeyd edək ki, DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək
qiymətləndirilir. Ötən dövrdə DOST Agentliyi 13 beynəlxalq mükafat və
sertifikatla təltif olunub. O cümlədən, Agentlik Avropa Sosial Şəbəkəsinin
Avropa Sosial Xidmətlər Mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının üç
mükafatına və Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar
Assosiasiyasının mükafatına və s. layiq görülüb.

“Aİ Biznes Mühiti Hesabatı 2021”də DOST mərkəzləri Azərbaycanın üç təkmil
islahatından biri kimi qiymətləndirilib. “Könüllü DOST” proqramı isə “Global HR
Summit 2023” tədbiri çərçivəsində “Ən yaxşı Korporativ Sosial Məsuliyyət
Strategiyası” kateqoriyası üzrə qalib elan olunub.


Source link