ba59a21e-e3be-42d3-ad80-bb8e2fb52f58..jpg

Dostları Oqtay Əliyevin “Yeni ulduz”la bağlı arzusunu gerçəkləşdirəcəklər

Baxış sayı: 1. 011 dəfə baxılıb.

Dostları Oqtay Əliyevin “Yeni ulduz”la bağlı arzusunu gerçəkləşdirəcəklər

Xalq artisti Mübariz Tağıyev verilişlərin birində mərhum Əməkdar mədəniyyət
işçisi Oqtay Əliyevin gələcək planlarından danışıb.

Axşam.az-ın məlumatına görə, Mübariz Tağıyev O.Əliyevin məşhur “Yeni ulduz”
layihəsini yenidən etməyi planlaşdırdığını bildirib:

“Oqtay mənim üçün dost yox, həm də qohum kimi idi. Baxmayaraq ki, aramızda yaş
fərqi var, bir məhəllədə böyümüşük, bir məktəbdə oxumuşuq. Valideynlərimiz çox
yaxın olublar. Yaş gedir, dostlarımı itirirəm. Oqtay mənə yaxın idi, gənc yaşda
getməyi mənə təsir etdi. Dilarə nə haldadır… Anası, atasından danışmıram,
necə bir vəziyyət yaranmışdı. Bunları gördüm, dəhşət idi.

“Yeni ulduz”dan danışmışdıq. Deyirdi ki, yeni formatda edəcəyəm. Bu layihəni
başqa cür görürəm artıq. Çox danışmayacağam. Çünki biz dostları onun bu
istədiyini həyata keçirəcəyik”.

Aparıcı Vüsalə Əlizadə isə mərhumla Aygün Kazımovanın ad günündə
danışdıqlarını qeyd edib:

“Biz Aygün xanımın repertuarından mahnı oxuduq. Qayıtdı ki, bizim uşaqlar
böyüyüb, necə gözəl performanslar göstərirlər. Dedi ki, Novruz bayramından
sonra bunu edəcəyəm. Mütləq olacaq”.

Source link