1f42ed1a-e1ef-4086-b925-b1a7ee534d56..jpg

Dostunu bıçaqlayan şəxsə cəza verildi

Baxış sayı: 802 dəfə baxılıb.

Dostunu bıçaqlayan şəxsə cəza verildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada
təqsirləndirilən Süleyman Rzayevin cinayət işi üzrə məhkəmə istintaqı başa
çatıb.

Pravda.az xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

Qeyd edək ki, hadisə 2022-ci il fevralın 19-da Xaçmaz rayonunun Sibiroba
kəndində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Süleyman Rzayev həmkəndlisi və dostu, 1977-ci
il təvəllüdlü Valeh Novruzova mətbəx bıçağı ilə qarın nahiyəsinə xəsarət
yetirib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi
ilə cinayət işi açılıb.

Daha sonra S.Rzayev şübhəli şəxs qismində tutulub.

Source link