Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilərək həbs edilən 1995-ci il təvəllüdlü Elvin Hümbətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.
Hökmə əsasən, E. Hümbətov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E. Hümbətov aralarında yaranan münaqişə zəminində dostu Ceyhun Abbasovu bıçaqlayıb. Mübahisə 2.50 qəpik üstündə baş verib.
Belə ki, E. Hümbətovun C. Abbasova 2 manat 50 qəpik borcu olub.
Zərərçəkmiş pulunu tələb etdikdə, onlar arasında mübahisə baş verib və mübahisə qanla nəticələnib.
Xəstəxanaya yerləşdirilən C.Abbasovun həyatını xilas etmək mümkün olub.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com