Dostunu kürəyindən bıçaqlayana hökm oxundu

Dostunu kürəyindən bıçaqlayana hökm oxundu

Baxış sayı: 3. 145 dəfə baxılıb.

Dostunu kürəyindən bıçaqlayana hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bıçaqlamaqda təqsirləndirilən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, V. İbrahimov bir il müddətinə azadlıqdan məhrum edilib. 

Məhkəmə hökmü elan edərkən onun zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb. 

Qeyd edək ki, hadisə ötən il okyabrın 28-də Xətai rayonu NZS qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Vüsal İbrahimov dostu Pərviz Cəfərovun kürəyindən bir bıçaq zərbəsi vuraraq sağlamlığına ağır zərbə vurub. Xəstəxanaya çatdırılan P. Cəfərovun həyatını xilas etmək mümkün olub. 

V.İbrahimov Xətai rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

E.M.
www.ÇıxışYolu.Com