946138db-33f1-4d93-89a2-0ff036217cde.jpg

Dostunu öldürüb polisə təslim oldu

Baxış sayı: 32 dəfə baxılıb.

Göyçayda 39 yaşlı kişi qətlə yetirilib, saxlanılan var.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 22-də saat 21 radələrində Göyçay rayonunun Potu
kəndində 1985-ci il təvəllüdlü Asif İxtiyar oğlu Eminovun kəsici alətlə qətlə
yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə 37
yaşlı Xəyal Alik oğlu Mənsimov şübhəli bilinir. O, polisə könüllü olaraq təslim
olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Asif Eminovla hadisəni
törədən Xəyal Mənsimov dost olublar. Onların arasında mübahisə düşüb. Mübahisə
zamanı Asif Xəyalı söyüb. Xəyal da söyüşə görə dostunu öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Source link