15b9a3dd-ddc0-44f9-a161-3b1830fb63b9..jpg

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Baxış sayı: 633 dəfə baxılıb.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş
1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu il yanvarın 9-da baş verib. Evli olan
Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 14 yaşlı qızı Xəyaləni
inandırıb ki, arvadından boşanaraq onunla evlənəcək. Hadisə günü o, yeniyetmə
qızı məktəbdən götürərək tanışına məxsus VAZ-2106 markalı avtomobillə Bərdəyə
qaçırıb.

Bir qədər sonra qızın ailə üzvləri onun dərsdən gəlmədiyini görərək narahatlıq
keçiriblər və müəllimi ilə əlaqə saxlayıblar. Məktəbdən isə Xəyalənin dərsdən
çıxıb evə getdiyi bildirilib. Bundan sonra axtarışlar başlayıb və qızın
atasının dostu tərəfindən qaçırıldığı məlum olub.

Ailənin şikayəti əsasında Qadir Həsənov barəsində Cinayət Məcəlləsinin
152.1-ci (16 yaşı tamam olmamış şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş
başlanılıb.

Cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs
əməlindən peşman olduğunu deyib. Məhkəmənin hökmü ilə Q.Həsənova 2 il 6 ay həbs
cəzası verilib.

Source link