75dc773d-513b-4ad5-8721-9aa6ce59e1fc..jpg

Dostunun ad günündə dava saldı: Həbs olundu

Baxış sayı: 663 dəfə baxılıb.

Dostunun ad günündə dava saldı: Həbs olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən “Səhnə” restoranında
keçirilən ad günü mərasimində dava düşüb.

“Qaynarinfo”nun məlumatına görə, dava musiqi sifariş vermək üstündə baş verib.

1990-cı ildə Bakı şəhərində anadan olan Cəfər Cəfərov (ad-soyad şərti)
saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci
maddələri ilə protokol tərtib edilib, iş məhkəməyə göndərilib.

Təqsirləndirilən şəxs deyib ki, 27 mart 2024-cü ildə “Səhnə” restoranında
dostunun ad günündə yeyib-içiblər. Daha sonra rəqs etmək üçün musiqi sifariş
ediblər. Rəqs etdikləri zaman orada olan digər müştəri başqa musiqi sifariş
edib. Bu səbəbdən mübahisə yaranıb və davaya çevrilib.

Məhkəmə təqsirləndirilən şəxs barəsində yeddi gün müddətinə həbs qərarı verib.

Source link