Bakıda avtomobil oğurluğu olub.
Bu barədə ÇıxışYolu.Com-a Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, Əmircan qəsəbəsi sakini 17 yaşlı Seyidov Rahib Sahib oğluna məxsus “VAZ 2107” markalı avtomobil zorla sahibinin əlindən alınıb.
Hadisə ötən gün axşam saatlarında Qaraçuxur qəsəbəsi ərazisində baş verib.
R.Seyidovun dostu 24 yaşlı Səlimov Etibar Sərdar oğlu onun boğazına bıçaq dirəyərək avtomobildən çölə çıxarıb və maşını qeyri-müəyyən istiqamətdə sürərək aradan çıxıb.
Hadisə barəsində dərhal 32-ci polis bölməsinə məlumat verilib.
Hazırda Etibar Səlimovun tapılması istiqamətində axtarışlar davam edir.
Ramella İbrahimxəlilova