Rusiyanın Xabarovsk şəhərində kişi üç həftə ölmüş otaq yoldaşıyla yaşayıb.
Belə ki, 45 yaşlı kişi qayğı göstərmək istəyərkən, 60 yaşlı dostunu öldürüb.
60 yaşlı kişi öz dostunun evinə qonaq gəlib, daha sonra taksi sürücüsü işləyərək dostunun evində qalmağa davam edib.
Bir gün ev sahibi qonağının sərxoş vəziyyətdə avtomobil idarə etmək istəyinə mane olmaq istəyib.
“Komsomolskaya Pravda”nın xəbərinə görə, dostu ona qulaq asmayanda onun iş yerinə zəng edərək hadisəni danışıb.
Nəticədə dostlar arasında dava başlayıb və ev sahibi mətbəx bıçağını götürərək, dostuna 17 bıçaq zərbəsi endirib.
Dostunu öldürəndən sonra o, bıçağı və ölmüş dostunu evdə gizlədib və 3 həftə ölmüş adamla eyni evdə yaşayıb.
Daha sonra keçmiş arvadına və dostlarına hadisəni danışan cinayətkar meyidi başqa yerdə gizlətmək üçün onlardan kömək istəyib.
Onların hadisəni polisə xəbər verməyindən sonra cinayətkar həbs olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.