3fc15138-abf7-4a5c-8ac7-ed72a46df552..jpg

Dövlətə vurduğu zərərin 40 milyon manatını ödəyən generalın məhkəməsinin vaxtı məlum olub

Baxış sayı: 571 dəfə baxılıb.

Dövlətə vurduğu zərərin 40 milyon manatını ödəyən generalın məhkəməsinin vaxtı
məlum olub

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin
sabiq rəisi, general-mayor Nizami Məmmədov və onunla birgə ittiham olunan Vüsal
Əlizadə, Cəlal Kazımov və Bayram Bayramovun cinayət işi üzrə məhkəmənin vaxtı
məlum olub.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə
keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 8-nə təyin edilib.

Onu da qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimlərinin iş yükünün ağır
olması səbəbindən 128 cildlik cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin hakimi
Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq.

Fikrət Əliyev bununla bağlı Bakı Hərbi Məhkəməsinə ezam edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor
Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi,
polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram
Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi
Xidməti (DTX) tərəfindən həbs ediliblər.

Cinayət işi üzrə dövlətə dəymiş ziyanın ilk olaraq 80 milyon manata yaxın
olduğu açıqlanmışdı.

Nizami Məmmədovun vəkili mətbuata açıqlamasında iş üzrə dəyən zərərin 40
milyon manat təşkil edən hissəsinin təqsirləndirilən şəxslər tərəfindən
ödənildiyini bildirib.

Source link