65349c24-3ccc-4660-85bf-269327b585f0..jpg

Dövlətə xəyanətdə ittiham olunan Şeyx Sərdara hökm oxundu

Baxış sayı: 521 dəfə baxılıb.

Dövlətə xəyanətdə ittiham olunan Şeyx Sərdara hökm oxundu

Dövlətə xəyanətdə ittiham olunaraq tutulan ilahiyyatçı Şeyx Sərdarın (Sərdar
Babayev) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən
iclasda hökm oxunub.

Hökmə əsasən, S.Babayev dövlətə xəyanətdə təqsirli bilinərək 17 il azadlıqdan
məhrum edilib.

Qeyd edək ki, S.Babayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ittiham elan
edilib.

Source link