2018-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 2609,5 milyon manat, xərcləri 2469,6 milyon manat təşkil edib.
ÇıxışYolu.Com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, büdcənin icrasında 139,9 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,2 faizi qədər profisit yaranıb.
Büdcə vəsaitlərinin 40,1 faizi sosial müdafiə və sosial təminat, 22,9 faizi ümumi dövlət xidmətləri, 5,1 faizi təhsil və səhiyyə sahələrinin, 4,9 faizi iqtisadiyyatın inkişafı və
tənzimlənməsinin, 27,0 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.