Türkiyənin iqtisadi problemlərinin Vaşinqtonun Ankaraya qarşı yürütdüyü siyasətlə heç bir əlaqəsi yoxdur.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauert bildirib.
“İqtisadçılar sizə deyə bilər: Türkiyədə baş verənlər ABŞ-ın hazırkı siyasəti, həmçinin bu və ya digər davranış çərçivəsi xaricindədir.
İqtisadi problemlər bizim iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq etməyimizdən sonra başlamadı”, – Nauert deyib.
O, həmçinin Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Amerikanın elektron məhsullarını boykot edəcəklərinə dair bəyanatını şərh edib:
“Bunun həqiqətən də baş tutacağını təsdiq edə bilmərəm. Biz bunun Ankaranın real siyasəti olub-olmadığını anlamaq üçün gözləyəcəyik”.