Dövlət Departamenti: “Azərbaycan və Ermənistanın tez bir zamanda sülh
razılaşmasına nail olmasını dəstəkləyir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“ABŞ Qazaxıstanın Azərbaycan və Ermənistan tərəfləri arasında görüş keçirmək
təklifini alqışlayıb”.
Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin AZƏRTAC-ın Azərbaycan
və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçirilmiş görüşü ilə bağlı
sorğusuna cavabında deyilir.
Qeyd olunub ki, Almatı mühüm və rəmzi məkandır.
“Əvvəl də qeyd etdiyimiz kimi, Ermənistan və Azərbaycan arasında bu günə
qədər, o cümlədən ikitərəfli münasibətlər sahəsində əldə olunan irəliləyiş bizi
ruhlandırır. Biz daha geniş regionun xeyrinə iki ölkə arasında tez bir zamanda
sülh razılaşmasına nail olmasını dəstəkləyirik”, – deyə Dövlət Departamentinin
Mətbuat Xidməti bəyanatında vurğulanır.
Xatırladaq ki, mayın 10-11-də Almatıda Azərbaycanın XİN rəhbəri Ceyhun
Bayramov və Ermənistan xarici işlər naziri Mirzoyan arasındabirbaşa danışıqlar