Dövlət Departamenti: “Azərbaycanla Ermənistan arasında sülhün mümkün olacağına
inanırıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Biz bu bölgədə sülhün mümkün olacağına inanırıq və bu istiqamətdə işləməyə
davam edəcəyik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsünün
müavini Vedant Patel ənənəvi mətbuat konfransında dövlət katibi Antoni
Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəng etməsi ilə bağlı suala
cavabında deyib.
Onun sözlərinə görə, bu məsələ ilə dövlət katibi şəxsən məşğul olur:
“Blinken dövlət katibi olduğu müddətdə müəyyən intervalla hər iki ölkənin
dövlət başçıları ilə ünsiyyətdədir. Bizim tərəflərlə təmaslarımız davam edir”.