Dövlət Departamenti: “Ermənistan və Azərbaycan arasında sülh sazişi əlçatandır”

Baxış sayı: 605 dəfə baxılıb.

Dövlət Departamenti: “Ermənistan və Azərbaycan arasında sülh sazişi əlçatandır”

“Hesab edirik ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı
şərhinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişi əlçatandır”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

“Sülhə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik. Biz bu ölkələrlə
birbaşa əlaqə saxlayırıq” – deyə, o bildirib.

Miller xatırladıb ki, ötən həftə Dövlət Departamentinin xüsusi nümayəndəsi Lui
Bono bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə saxlayıb.

Source link