Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin işçilərinin əməkhaqları
artırılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi
publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və
əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında” qərarda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin
işçilərinin əməkhaqlarının məbləği artırılıb. Belə ki, aylıq əməyinin ödənişi
fondunun məbləği 10 080 manatdan 31 466 manata çatdırılıb. Qərar yanvarın 1-dən
tətbiq edilir.