Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən internat evində rəsm müsabiqəsi keçirilib – FOTO

Baxış sayı: 789 dəfə baxılıb.

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən internat evində rəsm müsabiqəsi
keçirilib – FOTO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Dövlət
Ekoloji Ekspertiza Agentliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş
uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin şagirdləri arasında
keçirilən “Təbiət bizim evimizdir” rəsm müsabiqəsinə yekun vurulub.

Müsabiqənin məqsədi uşaqların Azərbaycan təbiətinə sevgi və marağının daha da
artırılması, ətraf mühitin mühafizəsinə diqqət çəkilməsi, həmçinin gənc
istedadların yaradıcı təfəkkürünün inkişafına xidmət edən qabiliyyətlərin
aşkara çıxarılması olub.

Tədbirdə çıxışçılar ulu öndər Heydər Əliyevin təbiətə, ətraf mühitin
qorunmasına olan qayğıkeş münasibətindən, gənc nəsil arasında həmin hisslərin
təbliğ olunmasının zəruriliyindən bəhs ediblər. Şagirdlər isə fərdi
bacarıqlarını nümayiş etdirərək ümummilli lider Heydər Əliyevə həsr olunmuş
şeirlər səsləndirib, rəqs nömrələri ifa ediblər.

Dövlət və özəl qurumların əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV
nümayəndələrinin iştirak etdiyi tədbirdə uşaqların çəkdiyi Azərbaycanın
füsunkar təbiətinə həsr olunan rəsmlər münsiflər heyəti tərəfindən
qiymətləndirilib, iştirakçılara təltifnamələr təqdim olunub.

Tədbirin sonunda uşaqların çəkdiyi rəsmlərin satış yarmarkası təşkil edilib və
əldə olunan gəlir uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə
internat məktəbinin hesabına köçürülüb.

Source link