621e09a7-b746-4485-aa01-8be572de38d1..jpg

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsinə cinayət işi açıldı

Baxış sayı: 2. 107 dəfə baxılıb.

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsinə cinayət işi açıldı

Şəxsi maraqları naminə gömrük prosedurlarının pozulmasına yol verən vəzifəli
şəxslərin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks”
Birliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə həmin dövlət
orqanından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə
başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 2020-ci ilin iyul ayında sözügedən Birliyin müvəqqəti saxlanc
anbarlarının fəaliyyətinin təşkili üzrə Astara bölməsinin rəisi Etiqam
Babayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vaxtlarda
İran İslam Respublikasının vətəndaşları tərəfindən gətirilməklə Cənub Ərazi Baş
Gömrük İdarəsinin Astara Gömrük postunda müvəqqəti saxlanca qəbul etdiyi dəyəri
ümumilikdə 33 440 manat təşkil edən tibbi vasitələri qanunamüvafiq sənədləşmə
aparılmadığı üçün geri qaytarmalı olduğu halda, həmin birliyin texniki xidmət
göstərilməsi üzrə Astara şöbəsinin inspektoru İsmətulla Tağıyev ilə
aralarındakı sövdələşməyə uyğun olaraq bir hissəsini saxta akt tərtib etməklə,
qalan hissəsini isə aktsız formada sonuncuya təhvil verməsinə, İsmətulla
Tağıyevin isə öz vəzifə səlahiyyətlərini aşaraq qeyd edilən malları şəxsi
məqsədləri üçün istifadə olunması üçün tanışına təhvil verməsinə, bununla da
dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr
müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Etiqam Babayev Cinayət Məcəlləsinin 308.1
(vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı)
maddələri, İsmətulla Tağıyev isə həmin məcəllənin 309.1 (vəzifə
səlahiyyətlərini aşma) və 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə)
maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət işi baxılması
üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Source link