Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi qaydasında dəyişikliklər
edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nda
dəyişikliklər edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanununun 30.5-ci maddəsinə əsasən EHİS vasitəsilə müvafiq dövlət orqanlarından
(qurumlarından) bu Qaydaya uyğun olaraq tələb olunan sənədləri və ya
məlumatları əldə etmək mümkün olduqda, həmin sənədlərin və ya məlumatların
təqdim edilməsi müraciət edən şəxsdən tələb olunmur.
Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün
olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə
sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur və ya
müraciət edən şəxs tərəfindən təmin edilir.