83077051-4086-48cd-9324-4e50d9f0a747..jpg

Dövlət Komissiyası: “İtkin düşmüş şəxslərin 80 faizinin ailəsindən DNT nümunələri toplanıb”

Baxış sayı: 557 dəfə baxılıb.

Dövlət Komissiyası: “İtkin düşmüş şəxslərin 80 faizinin ailəsindən DNT
nümunələri toplanıb”

“Qalıqların eyniləşdirilməsi vaxt tələb edən məsələdir”.

“Report” xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda
itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, bu proses uzun çəkə bilər:

“Amma təcrübəli ekspertlər prosesə cəlb olunublar. Vətəndaşlarımızın çoxsaylı
müraciətləri əsasında biz təhlillər aparırıq”.

Qurum rəsmisinin sözlərinə görə, eyniləşdirilmə prosesi davamlıdır:

“İtkin düşmüş şəxslərin 80 faizinin ailəsindən DNT nümunələri toplanıb. Bu,
eyniləşdirmə üçün vacibdir”.

Source link