Dövlət Komitəsi Ümummilli liderin məzarını ziyarət etdi

Dövlət Komitəsi Ümummilli liderin məzarını ziyarət etdi

Baxış sayı: 1. 847 dəfə baxılıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsi müasir Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirib.

Komitə rəhbərliyi və kollektivi mayın 10-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Kollektiv adından Ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub,

Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.