7eded5c3-3128-4bac-9365-6b2ee277ce61..jpg

Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib

Baxış sayı: 443 dəfə baxılıb.

Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən
müəyyənləşdirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında
dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin
oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi
və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı
üzrə Qaydalar”da dəyişiklik edilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, vahidinin (dəstinin) ilkin balans dəyəri 5000 manata qədər olan
əsas vəsaitlərin (fondların) silinməsinə dair komissiyanın aktları təşkilatın
rəhbəri tərəfindən təsdiq ediləcək və bundan sonra bu əsas vəsaitlər (fondlar)
balansdan silinəcək.

Bu halda həmin əsas vəsaitlərin (fondların) silinməsinə dair İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi tələb olunmayacaq.
Qeyd edək ki, bu vəsait əvvəl 25 milyon manat idi.

Həmçinin, vahidinin (dəstinin) ilkin balans dəyəri 5000 manatdan yuxarı olan
əsas vəsaitlərin (fondların) silinməsi zamanı təşkilatda yaradılmış komissiya
tərəfindən tərtib edilən əmlakın (qiymətlilərin) ləğvi aktı Əmlak Məsələləri
Dövlət Komitəsindən müvafiq rəy alındıqdan sonra (Azərbaycan Respublikasının
Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla) həmin təşkilatın
baş idarəetmə orqanı tərəfindən (belə orqan olmadıqda, təşkilatın özü
tərəfindən) təsdiq edilməklə, bu əsas vəsaitlərin (fondların) silinməsi həyata
keçiriləcək.

Source link