Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) dünya nəhəngi olan
“Tesla” və “İntel” şirkətlərinin səhmlərinə investisiya yatırıb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib.
Məlumata görə, Dövlət Neft Fondu öz yatırımlarını İnvestisiya Siyasəti və
Qaydalarına uyğun şəkildə həyata keçirir və mövcud İnvestisiya Siyasətinə
əsasən ARDNF investisiya portfelinin məcmu dəyərinin 25 faizinədək hissəsini
səhm alt portfelinə (pay fondları daxil olmaqla) yatırım edə bilər. Həmçinin
bildirilib ki, ARDNF birjada kotirovka olunan səhmlərə investisiya çərçivəsində
bazar kapitalizasiyasına görə dünyanın inkişaf etmiş ölkələrinin ən iri
şirkətləri özündə ehtiva edən “MSCI World” indeksini izləyir və bu kontekstdə
indeksin tərkibinə daxil olan bütün şirkətlərin çəkilərinə uyğun investisiya
edir.
Qeyd edilib ki, ARDNF-nin səhm portfelinin tərkibində “Tesla”nın 84 milyon
dollar, “İntel” şirkətinin isə 31 milyon dollar səhmləri mövcuddur.
“Onların ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,7 faiz və 0,2
faiz təşkil edir. Həmçinin onu da qeyd etmək istərdik ki, gələcəkdə də qeyd
edilən “Tesla” və “İntel” şirkətlərinin və digər İT şirkətlərinin ARDNF-nin
səhm portfelində olan çəkiləri “MSCI World” indeksinin tərkibinə uyğun şəkildə
dəyişəcək”, – deyə Fonddan bildirilib.