3883d147-8e68-423f-93fe-f1aa62799ba3..jpg

Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi Prezidentə təqdim olunacaq

Baxış sayı: 637 dəfə baxılıb.

Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi Prezidentə təqdim olunacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi Azərbaycan Prezidentinə
təqdim olunacaq.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Azərbaycanın Baş naziri, ARDNF-nin Müşahidə Şurasının sədri Əli Əsədovun
sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2024-cü il
üçün büdcə layihəsi, fondun investisiya siyasəti, investisiya portfelinin
valyuta tərkibi və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda ARDNF-nin icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

İclasın yekununda fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri
nəzərə alınmaqla Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin
Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar
qəbul olunub.

Source link