Dövlət qulluğu vəzifələri üzrə ilk imtahan keçirilib – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati
vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət
qulluğuna qəbul imtahanı, həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC
və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr
üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirilib.
Mərkəzdən Cixisyolu.com-a verilən məlumata görə, dövlət qulluğuna qəbul imtahanı,
həmçinin dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı (BB vəzifə
qrupları istisna olmaqla) DİM-in yeni istifadəyə verilmiş elektron imtahanlar
korpusunda təşkil olunub.
Burada namizədlər kompüter vasitəsilə imtahanı veriblər. Namizədlər imtahanı
yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə
tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında
iştirakçılarınşəxsi kabinetlərinə
Xatırladaq ki, yeni imtahan korpusunda yaradılan bulud əsaslı texnoloji
infrastruktur müasir innovativ “private cloud” platformasında qurulub. DİM
tərəfindən hazırda keçirilən 45 növ imtahanın hər biri iştirakçı sayı nəzərə
alınmaqla bu binada təşkil oluna bilər. İmtahan korpusunda yaradılan innovativ
platforma xüsusi proqram təminatı və texnoloji infrastrukturdan ibarət olaraq,
binadan kənarda da bütün ölkə üzrə elektron imtahanların keçirilməsi və idarə
edilməsinə imkan verir.
Məhz bu texnologiya sayəsində Naxçıvanda keçirilən imtahan da elektron formada
təşkil olunub və vahid mərkəzdən idarə olunub.
Yeni imtahan korpusunun fəaliyyətə başlaması biliyin qiymətləndirilməsi kimi
kütləvi prosesin rəqəmsallaşdırılması istiqamətində atılan ilk addımdır.
Dövlət qulluğuna qəbul imtahanı
İmtahanda 111 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu
üzrə üç nəfər, AC1 altqrupu üzrə dörd nəfər, AC2 altqrupu üzrə beş nəfər, AC3
altqrupu üzrə səkkiz nəfər, AC4 altqrupu üzrə 14 nəfər olmaqla, ümumilikdə 34
namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
Qeyd olunduğu kimi, AB, AC, BA vəzifə qrupları üzrə imtahan elektron formada
Bakı və Naxçıvan şəhərlərində keçirilib. Bu imtahanda 88 namizəd iştirak edib.
İmtahan nəticələrinə əsasən, AB1 altqrupu üzrə bir, AB4 altqrupu üzrə üç, AC2
altqrupu üzrə bir, AC3 altqrupu üzrə altı, AC4 altqrupu üzrə dörd, BA1 altqrupu
üzrə dörd, BA2 altqrupu üzrə 13, BA3 altqrupu üzrə 24, BA4 altqrupu üzrə 14
nəfər olmaqla, ümumilikdə 70 namizəd tələb olunan şərtləri ödəyərək uğur
qazanıb.
Elektron imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası 13-15 may
tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət
göstərəcək (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi,
299).
BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə
keçirilən imtahanın nəticələri iki gün ərzində elan olunacaq.
09:00
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan
AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun
vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və
dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına
uyğun vəzifələr üzrə qəbul imtahanı keçirir.
Cixisyolu.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr)
aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı elektron
qaydada təşkil edilir. İmtahanda iştirak üçün 117 namizəd qeydiyyatdan keçib.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və
imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər.
İmtahan saat 11:00-da başlanacaq. Namizədlər saat 10:45-dən gec olmayaraq
imtahan binasında olmalıdırlar.
Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə
5, AC qrupu üzrə 17, BA qrupu üzrə 65, BB qrupu üzrə isə 254 olmaqla,
ümumilikdə 341 namizəd qeydiyyatdan keçib.
Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və
digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanacaq və 2 saat
30 dəqiqə davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana
buraxılmayacaqlar.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və
buraxılış vərəqəsini mütləq gətirməlidirlər.