ba9cf710-9cc8-46b5-9fb9-77b234cefbe0..jpg

Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları keçirilib

Baxış sayı: 433 dəfə baxılıb.

Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə
test imtahanları keçirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2023-cü il noyabrın 12-də inzibati
rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB
vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam
etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid
olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı
keçirib.

DİM-dən verilən məlumata görə, inzibati rəhbər vəzifələrə aid olan AB, AC
imtahanı Bakı və Naxçıvan şəhərlərində keçirilib. İmtahan saat 10:00-da
başlanıb və üç saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də
operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən
binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq üç saat müddətində aparılıb
və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt
başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda 73 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AC1 altqrupu
üzrə dörd nəfər, AC2 altqrupu üzrə dörd nəfər, AC3 altqrupu üzrə 11 nəfər, AC4
altqrupu üzrə 12 nəfər olmaqla, ümumilikdə 31 namizəd tələb olunan şərtləri
ödəyərək uğur qazanıb.

Bu gün həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı
vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət
qulluğunda fəaliyyətin davam etdirilməsi üçün də test imtahanı keçirilib.

AB, AC, BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib.
Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt
başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

Bu imtahanda 109 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB1
altqrupu üzrə iki, AB2 altqrupu üzrə üç, AB3 altqrupu üzrə bir, AB4 altqrupu
üzrə bir, AC1 altqrupu üzrə dörd, AC2 altqrupu üzrə dörd, AC3 altqrupu üzrə
iki, AC4 altqrupu üzrə iki, BA1 altqrupu üzrə yeddi, BA2 altqrupu üzrə 26, BA3
altqrupu üzrə 24, BA4 altqrupu üzrə 16 nəfər olmaqla, ümumilikdə 92 namizəd
tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Elektron imtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyası 13-15 noyabr
tarixlərində saat 14:00-dan 17:00-dək DİM-də fəaliyyət göstərəcək. Ünvan: Bakı
şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə
keçirilən imtahanın nəticələri iki gün ərzində elan olunacaq.

Source link