Dövlət qurumları küçədə qalan şəxslərə baş çəkdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baku TV-yə bir qrup şəxsin küçədə qalması ilə bağlı müraciət daxil olub.
İddia olunub ki, küçədə yaşayan həmin insanların arasında narkotik
istifadəçiləri də var.
Baku TV-nin çəkiliş qrupu məsələni araşdırmaq üçün sözügedən şəxslərdən bir
neçəsi ilə söhbət aparıb. Onlar narkotik istifadəçisi olmadıqlarını bildiriblər.
“Qalmağa yerimiz yoxdur. Burada narkotik istifadəçiləri olur. Amma mənim
yanımda qalanlar arasında beləsi yoxdur”, – deyə küçədə qalan şəxs deyib.
Sosial Xidmətlər Agentliyindən bildirilib ki, qurumun aidiyyəti əməkdaşları
əraziyə gedərək küçədə qalan şəxslərlə görüşüblər. Onlara sığınacağa
yerləşdirilmələri təklif olunsa da, bundan imtina ediblər.
Ətraflı süjeti təqdim edirik: